Modern.az

Azərbaycan bayrağı dünyaının ən hündür nöqtəsinə sancılıb - FOTO

Azərbaycan bayrağı dünyaının ən hündür nöqtəsinə sancılıb - FOTO

Təhsil

20 May 2013, 16:38

19 may 2013-ci ildə Azərbaycan alpinisti Murad Aşurlı beynəlxalq komandanın heyətində planetin ən uca zirvəsinə - Everestə qalxıb və Azərbaycan bayrağını orada dalğalandırıb.

Hündürlüyü 8848 metr olan dağın fəthi şimal tərəfindən klassik marşrut üzrə həyata keçirilib (Tibet, Çin). Alpinistlər səhər açılmadan hava şəraitinin yaxşılaşdırılmasından istifadə edərək düşərgələri tərk edib, 8300 metr yüksəklikdə yerləşən zirvəyə üz tutublar. Sübh düşənə qədər
komanda zirvəyə çatıb. Həmin gün alpinistlər 6400 metr hündürlüyündə yerləşən baza düşərgəsinə eniblər, enişə təxminən 14 saat sərf ediblər.

Telefon danışığında Murad Aşırlı bildirib ki, şiddətli külək onlardan yüksəlişdə və enişdə
xüsusi diqqətlilik tələb edib.

Murad Aşırlı - hazırda ABŞ-da yaşayır və işləyir. AAF-ın və "American Alpine Club"-un üzvüdür. Son on ildə Murad Avropanın, Şimali və Cənubi Amerikanın ən hündür zirvələrini müvəffəqiyyətlə fəth edib. Bura Mak-Kinli, Elbrus, Akonkaqua, həmçinin Qafqaz dağları, Pamir, And dağları, Mərkəzi və Şimali Amerikadakı yürüşlər daxildir.

Həmyerlimiz İsrafil Aşurlı 19 may 2007-ci ildə ilk Azərbaycan vətəndaşı olub ki,  planetin ən uca zirvəsini fəth etmişdi. Elə həmin gün altı il sonra İsrafilin əmisi oğlu - Murad milli bayrağımızı planetin ən yüksək nöqtəsi üzərində bir daha dalğalandırıb.

Digər həmyerlimiz, milli komandanın üzvü İsmayıl Əsgərov 2011-ci ildə zirvənin fəthinə çox yaxın idi, lakin güclü külək səbəbindən, o 8600 metr hündürlüyündə geri çəkilməyə məcbur olun.


Fotoda Murad Aşurlı və Nima Qelu Şerpa Everestin zirvəsində

Moderna.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama