Modern.az

İlham Əliyev “Eurovision”dakı təxribatın araşdırılmasını tapşırdı

İlham Əliyev “Eurovision”dakı təxribatın araşdırılmasını tapşırdı

Təhsil

20 May 2013, 16:50


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib ki, “Evrovision -2013”ün finalında Azərbaycanın Rusiyaya verdiyi 10 səs harasa yoxa çıxdığından məsələ araşdırılır.

"ANSpress"in məlumatına görə, Polad Bülbüloğlu Rusiya mediasına deyib ki, konkret olaraq nə baş verdiyi məlum deyil və ölkə prezidenti İlham Əliyev bu məsələ ilə məşğul olmaq üçün artıq göstəriş verib.

“Mənim özümü də bir musiqiçi kimi maraqlandırdı ki, necə ola bilər Azərbaycandan Rusiyaya səs verən olmasın? Rusiyanın mahnısı yaxşı idi və onlar beşinci yeri tutdular. Hörmətli prezident İlham Əliyev bu məsələ ilə məşğul olmaq üçün göstəriş verib. Azərbaycanda Rusiyaya səs verib və konkret səs sayı da var. Lakin məsələ orasındadır ki, həmin səslər Almaniyada hesablanır və artıq belə deyək, final nəticə oradan yayılır”. Səfir onu da bildirib ki, məsələ təsdiqini taparsa, Rusiyanın cədvəldəki yeri dəyişə bilər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama