Modern.az

İş axtaranların ən çox sənəd verdiyi nazirliklər - SİYAHI

İş axtaranların ən çox sənəd verdiyi nazirliklər - SİYAHI

Təhsil

20 May 2013, 17:00

2013-cü il 16 aprel tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 80 dövlət orqanı üzrə müsabiqəyə təqdim edilmiş 435 vakant dövlət qulluğu vəzifəsi üzrə 535 vakant yerin tutulması üçün sənəd qəbulu 2013-cü il 15 may tarixdə başa çatıb. Modern.az xəbər verir ki, bu müddət ərzində Komissiyada 3474 namizəd qeydə alınıb. Namizədlərdən 3178 nəfər onlayn qeydiyyatdan keçib, 296 nəfər isə şəxsən Komissiyaya sənədlərini təqdim edib.

Statistik göstəricilərə görə ən çox namizəd Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (1 yerə qarşı 133 namizəd), Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (4 yerə qarşı 431 namizəd), Təhsil Nazirliyi (14 yerə qarşı 393 namizəd), Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi (3 yerə qarşı 70 namizəd), Bakı Ağır Cinayətlər Məhkəməsi (2 yerə qarşı 45 namizəd), Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (2 yerə qarşı 45 namizəd), Mədəniyyət və Turizm Nazirliyi (12 yerə qarşı 231 namizəd), Satınalmalar üzrə Dövlət Agentliyi (4 yerə qarşı 65 namizəd), Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (14 yerə qarşı 205 namizəd), Nəqliyyat Nazirliyi (15 yerə qarşı 163 namizəd) üzrə qeydə alınıb.

01.05.2013-cü il və 07.05.2013-cü il tarixlərində elan edilmiş müsabiqələr üzrə sənəd qəbulu isə davam edir.

Aytən ƏLİYEVA
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama