"Rusiya Ukraynaya qarşı müharibədə iştirak etmək üçün serbləri "Vaqner" qrupuna cəlb etməyi dayandırmalıdır".
Modern.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.
A.Vuçiç "Vaqner" qrupuna muzdlu əsgərlərin cəlb edilməsi ilə bağlı serb dilində elanlar dərc edən Rusiya mediasını və sosial şəbəkədəki qrupları tənqid edib.
"Siz bizim qaydalarımıza zidd olduğunu bildiyiniz halda niyə Serbiyadan kiməsə "Vaqner"ə qoşulması üçün zəng edirsiniz?" – Serbiya prezidenti söyləyib.
Vuçiç həmçinin "Vaqner" qrupunun Serbiyada qərargahının olması və yerli qatı millətçi təşkilatlarla əlaqələr qurması ilə bağlı ittihamları rədd edib.