Modern.az

Hindistan Ermənistana yeni səfir təyin edir

Hindistan Ermənistana yeni səfir təyin edir

17 Yanvar 2023, 17:40

Hindistanın Ermənistana yeni səfir təyin edib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Hindistanın "PTC News" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Hindistanın Ermənistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri olacaq Nilakşi Saha Sinha Hindistan bu təyinata qədər XİN-in katibi vəzifəsini daşıyıb. O, baş nazirin rəsmi tərcüməçisi vəzifəsini də icra edir.

 

Diplomatın İrəvanda səlahiyyətlərinin icrasına başlayacağı tarix açıqlanmayıb.

 

Qeyd edək ki, Hindistanın Ermənistandakı hazırkı səfiri Kişan Dan Deval 2019-cu ildən fəaliyyət göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?