Modern.az

Saakaşvilinin səhhəti ilə bağlı deyilənlər fırıldaqdır - Deputat

Saakaşvilinin səhhəti ilə bağlı deyilənlər fırıldaqdır - Deputat

17 Yanvar 2023, 17:58

Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyasının deputatı Qiya Volski həbsdə olan eks-prezident Mixail Saakaşvilinin səhhətindən danışıb.

 

Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, deputat Saakaşvilinin səhhətindəki problemlər barədə deyilənləri yalan hesab edib.

 

"Bu, fırıldaqdır, bəsit simulyasiyadır. Bir gün deyirlər ki, guya ağır xəstədir. Ertəsi gün onun uzun yazısı dərc olunur. Belə şey necə ola bilər?", - deyə Volski bildirib.

 

Qeyd edək ki, 2021-ci ilin oktyabrından bəri həbsdə olan Saakaşvili dəfələrlə aclıq aksiyası keçirib. Onun səhhətində ağır problemlər var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?