Modern.az

Rusiya Aİ-yə qarşı sanksiyalar tətbiq edib

Rusiya Aİ-yə qarşı sanksiyalar tətbiq edib

Dünya

17 Yanvar 2023, 18:00

Rusiya Avropa İttifaqının (Aİ) 2022-ci il dekabrın 16-da qəbul etdiyi doqquzuncu sanksiyalar paketinə qarşı cavab tədbirlərini açıqlayıb.

 

Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Sanksiyalar Ukrayna Silahlı Qüvvələrinin hazırlanmasında iştirak edən Aİ ölkələrinin hüquq-mühafizə orqanlarının rəhbərliyinə, həmçinin rəsmi Kiyevə silah və hərbi texnika tədarük edən kommersiya və dövlət şirkətlərinin rəhbərliyinə qarşı tətbiq edilir.

 

Sanksiyalar həmçinin sistemli şəkildə Rusiyaya qarşı çıxış edən Aİ ölkələrinin ayrı-ayrı vətəndaşlarına və Avropa Parlamentinin ayrı-ayrı deputatlarına qarşı da tətbiq edilir. Dəqiq siyahı hələ açıqlanmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?