Modern.az

ABŞ-dan Bakı və İrəvana ÇAĞIRIŞ

ABŞ-dan Bakı və İrəvana ÇAĞIRIŞ

Dünya

17 Yanvar 2023, 19:01

ABŞ Azərbaycan və Ermənistanı mübahisəli məsələlərin həlli üçün konstruktiv danışıqları bərpa etməyə təşviq edir.

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter təşkilatın Daimi Şurasının xüsusi iclasında deyib.

 

O bildirib ki, hərtərəfli sülh sazişi münasibətlərin normallaşması və davamlı sülhə aparan yeganə yoldur.

 

"Biz Avropa İttifaqı və ATƏT kimi beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycan və Ermənistanla ikitərəfli və çoxtərəfli səviyyədə işləməyə davam edəcəyik", - o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?