Modern.az

Rusiyaya qarşı onuncu sanksiyalar paketi HAZIRLANIR

Rusiyaya qarşı onuncu sanksiyalar paketi HAZIRLANIR

17 Yanvar 2023, 20:11

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı onuncu sanksiya paketini hazırlayır.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri  Ursula fon der Leyen CNN telekanalına müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, sanksiyalar əsasən əvvəl qəbul edilmiş sanksiya paketlərindəki boşluqların aradan qaldırılmasına yönələcək.

 

Telekanalın efirində xanım von der Leyen, həmçinin bildirib ki, Qərb müttəfiqləri Ukraynaya hərbi dəstək səviyyəsini artırmalıdırlar.

 

Yanvarın 13-də "Reuters" agentliyi Polşa və Litvanın yüksək rütbəli diplomatlarına istinadən xəbər verib ki, iki ölkənin nümayəndələri Aİ-yə Rusiyanın nüvə sektoruna məhdudiyyətlər qoymağı və almaz ticarətinə qadağa qoymağı təklif edirlər. Rəsmilərdən birinin sözlərinə görə, paket fevralın 24-dək qəbul oluna bilər.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?