Bayden administrasiyası Türkiyəyə F-16 qırıcı təyyarələrinin satılması ilə bağlı ABŞ Konqresinə sorğu göndərib.
Modern.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.
Rayder məsələnin Konqres tərəfindən nəzərdən keçirildiyini vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Türkiyəni vacib tərəfdaş və müttəfiq sayır: "Bu əlaqələri necə gücləndirə biləcəyimiz, qarşılıqlı müdafiənin necə təmin olunacağı barədə Türkiyə liderləri ilə işləməyə davam edəcəyik".