Modern.az

Masazırda yola atılan körpə öldü - FOTO

Masazırda yola atılan körpə öldü - FOTO

Hadisə

18 Yanvar 2023, 09:53

Masazırda yolun kənarında körpə meyiti tapılıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb. Belə ki, ilkin məlumata görə, sellofan torpaya qoyularaq küçəyə atılan uşaq tapılanda artıq ölmüş vəziyyətdə olub.

 

Hadisə şahidləri bildirib ki, yenidoğulmuş körpə maşınların sürətlə irəlilədiyi yolun kənarında aşkarlanıb. 

 

Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, qeyd olunan faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu