Modern.az

2022-də pensiya ödənişlərinə 5 milyard manata yaxın pul KÖÇÜRÜLÜB

2022-də pensiya ödənişlərinə 5 milyard manata yaxın pul KÖÇÜRÜLÜB

18 Yanvar 2023, 10:28

2022-ci ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 7,9 faiz (361 mln. manat) çox olmaqla 4 mlrd. 948 mln. manat vəsait yönəldilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən xəbərə görə, keçən ilin əvvəlindən minimum aylıq pensiya artırılmaqla, həmçinin pensiyalarda indeksləşdirmə əsasında artımlar edilib. Əlavə dəstək olaraq bütün pensiyaçılara maddi yardımlar verilib ki, həmin maddi yardımlar bu ilin əvvəlindən pensiyaların tərkibinə daxil edilib.

 

Son bir ildə 23 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 71 min pensiya təyinatı (ümumi əsaslarla yaşa görə pensiya təyinatının 80 faizi) e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı