Modern.az

Milli Məclisdən təkzib: “İşğal edilmiş ərazilərimiz haqqında qanun layihəsi hazırlanmır”

Milli Məclisdən təkzib: “İşğal edilmiş ərazilərimiz haqqında qanun layihəsi hazırlanmır”

Parlament

20 May 2013, 18:28

Son günlər ölkənin bir sıra mətbu orqanları guya Azərbaycan Respublikasının işğal olunmuş  əraziləri haqqında qanunun hazırlanması və həmin qanun layihəsinin Milli Məclisdə müzakirə edilməsi ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az saytına açıqlama verib.

"Milli Məclisin Mətbuat xidməti bildirir ki, parlamentdə belə bir qanun layihəsinin hazırlanması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Parlamentin heç bir komitəsində belə bir qanun layihəsi müzakirə olunmayıb və müzakirə olunması da nəzərdə tutulmayıb. Buna görə də Milli Məclisin Mətbuat xidməti bütün Kütləvi İnformasiya Vasitələrinin diqqətinə çatdırır ki, bu tipli informasiyaları yaymamışdan əvvəl məlumatı yoxlasınlar"-deyə A.Təvəkküloğlu bildirib.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...