Modern.az

Ali məktəbdə verilən qırmızı və göy diplomun heç bir fərqi yoxdur - Deputat

Ali məktəbdə verilən qırmızı və göy diplomun heç bir fərqi yoxdur - Deputat

Təhsil

18 Yanvar 2023, 11:58

“Bu gün universitetlərdən verilən qırmızı diplomlar tələbələrə nə vəd verir? Bu yaxınlarda mənə bir xanım müraciət etmişdi, ali məktəbi qırmızı diplomla bitirmişdi. O tələbənin indi nə üstünlüyü var?”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri iclasında deputat Rauf Əliyev bildirib.

“Biz bu məsələni araşdırdıq, gördük ki, qırmızı və göy diplomun heç bir fərqi yoxdur. Bu da o deməkdir ki, “3” alan da, “5” alan da eyni diploma sahiblənir. Bu məsələləri işləmək lazımıdır. Təhsil Nazirliyinə müraciət edirsən, deyir, bizlik deyil. Bəs bununla kim maraqlanmalıdır? Ən azı bununla bağlı ictimai dinləmə keçirilməlidir”,- deyə deputat bildirib.

Komitə sədri Hicran Hüseynova isə bildirib ki, tələbələrə verilən qırmızı diplomun həqiqiliyi yoxlanılmalıdır:

“Bu gün tələbələr müraciət edir, deyir, ali məktəbi qırmızı diplomla bitirmişəm. Amma araşdıranda görürsən ki, qırımızı diplomu hansı formada alıb, bilinmir. Ona görə də tələbələrin qırmızı diplomu necə almaları yoxlanılmalıdır. Bilmək lazımdır ki, doğrudan bu tələbə qırmızı diplomluqdurmu?”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir