Sabah Müsavat Partiyasının başqanı İsa Qəmbər və Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Arif Hacılı İsveçə yola düşəcək.
Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Müsavat təmsilçilərinin səfər çərçivəsində bir sıra önəmli görüşləri planlaşdırılıb.
İsveç səfərindən sonra Müsavat başqanı Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyi münasibətilə Türkiyədə təşkil olunan tədbirlərə qatılacaq.
Səfər proqramı mayın 26-si tamamlanacaq.
A.RÜSTƏMOV