Modern.az

BQXK-ya məxsus maşınlar Laçın yolundan maneəsiz keçdilər

BQXK-ya məxsus maşınlar Laçın yolundan maneəsiz keçdilər

18 Yanvar 2023, 16:15

Bu gün səhər saatlarında Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus beş avtomobil Laçın yolundan keçib.

 

Modern.az xəbər verir ki, 4 minik və bir yük avtomobilinin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.

 

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

 

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 38 gündür davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi