Modern.az

Türkiyədə atışma - 3 nəfər öldü, 2-si yaralandı

Türkiyədə atışma - 3 nəfər öldü, 2-si yaralandı

19 Yanvar 2023, 09:32

Türkiyənin Mardin şəhərində avtomobilə silahlı hücum olub.

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

 

Məlumata görə, Yeniköy məhəlləsində naməlum şəxs və ya şəxslər xarici dövlət nişanlı avtomobilə atəş açıb.

 

Yaralılar Nusaybin Dövlət Xəstəxanasına çatdırılıb. Hücum edənlərin tutulması üçün tədbirlər görülür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama