Paytaxtın Binəqədi rayonunda, Nizami Nərimanov küçəsində yerləşən xeyir-şər evində yanğın olub. Modern.az-ın məlumatına görə, 8 mikrorayon ərazisində binaların həyətinə tikilmiş xeyir-şər evi bu gün səhər saatlarında yanmağa başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürənləri cəlb olunub.
Yanğına obyektdə keçirilən yas mərasimində ani ehtiyyatsızlıq səbəb olub.
Yanğının qısa zamanda qarşısı alınıb.
Modern.az