Modern.az

Balakəndə ər arvadını BIÇAQLADI

Balakəndə ər arvadını BIÇAQLADI

Hadisə

19 Yanvar 2023, 10:39

Balakəndə kişi həyat yoldaşına bıçaqla çoxsaylı xəsarətlər yetirib.

 

Modern.az-ın məlumatına görə, hadisə ötən gün rayonun Hənifə kəndində baş verib.

 

Belə ki, kənd sakini 35 yaşlı Rəvanə Məmmədova qaşüstü nahiyəsinin kəsilmiş yarası, üst dodağının kəsilmiş - cırılmış xəsarəti və üzün sol yarısının kəsilmiş yarası ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Müayinə zamanı R. Məmmədovaya əri Natiq İbrahimov tərəfindən bıçaqla çoxsaylı xəsarətlər yetirildiyi məlum olub.

 

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə bildirib ki, qadına bıçaqla xəsarət yetirən Natiq İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı