Modern.az

Polislər qəza törətdi: 5 nəfər yaralandı

Polislər qəza törətdi: 5 nəfər yaralandı

Təhsil

21 May 2013, 10:55

Bakıda polis əməkdaşları qəza törədib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Nobel prospektində qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayının əməkdaşı, 1986-cı il təvəllüdlü Tofiq Qasımov idarə etdiyi “Opel” markalı avtomobili yol kənarındakı maneəyə vurub.

Nəticədə sürücü və maşında olan sərnişinlər, polis əməkdaşları - 1990-cı il təvəllüdlü Səfərov Qabil, 1990-cı il təvəllüdlü Rzayev Vüqar, 1992-ci il təvəllüdlü Nəcəfov Babək və 1991-ci il təvəllüdlü Məmmədov Fərhad ağır xəsarət alıblar.

Yaralılar DİN-in hospitalına yerləşdiriliblər. 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama