Modern.az

Putin Paşinyana deyib ki, Vardanyanı istədikləri vaxt qova bilərlər - İDDİA

Putin Paşinyana deyib ki, Vardanyanı istədikləri vaxt qova bilərlər - İDDİA

19 Yanvar 2023, 11:32

Ermənistanın bəzi KİV-ləri Qarabağ separatçılarının rəhbərliyində təmsil olunan Arayik Arutyunyanla Ruben Vardanyan arasındakı münasibətlərin getdikcə gərginləşdiyini yazırlar. Hətta bu gərginliyin son vaxtlar açıq-aşkar xarakter aldığı bildirilir.

Modern.az-ın məlumatına görə, erməni mənbələri deyirlər ki, Ermənistan hakimiyyəti Ruben Vardanyanın Qarabağdan çıxarılması üçün separatçıların başçısı Arayik Arutyunyana təzyiqləri davam etdirir.

Qeyd olunur ki, Vardanyanın Qarabağdan çıxarılması tələbi həm də Azərbaycanın Laçın yolunun açılması şərtlərində də yer alır.

“Hraparak” yazır ki, Azərbaycan tərəfi Vardanyanın Qarabağa Rusiyadan göndərilməsindən şübhələnir, lakin rəsmi Moskva ondan imtina edib:

“Putin “Dvin” kompleksində keçirilən görüşdə Paşinyan və Arayik Arutyunyana birbaşa mətndə Ruben Vardanyanı göndərmədiyini, istədikləri zaman onu tutduğu vəzifədən azad edə biləcəklərini deyib”, - qəzet etibarlı mənbələrdən əldə etdiyi məlumatda vurğulayıb.

Xatırladaq ki, milyarder Ruben Vardanyan hazırda Qarabağ separatçılarının “dövlət naziri” kimi təqdim edilir.

Bir müddət əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirmişdi ki, Ruben Vardanyanın Rusiyaya heç bir aidiyyəti yoxdur.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi