Modern.az

Rüstəm İbrahimbəyova qarşı açılmış cinayət işinin araşdırlılması davam edir - AÇIQLAMA

Rüstəm İbrahimbəyova qarşı açılmış cinayət işinin araşdırlılması davam edir - AÇIQLAMA

Təhsil

21 May 2013, 11:44

Vergilər Nazirliyi: “Kinomatoqrafçılar İttifaqına qarşı açılmış cinayət işi ilə bağlı araşdırma aparılır  

Tanınmış dramaturq və rejissor Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinemotoqrafçılar İttifaqına qarşı açılmış cinayət işi ilə bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsində araşdırmalar aparılır. Bu barədə Modern.az-ın sorğusuna  Verglər Nazirliyinin açıqladığı rəsmi cavabda bildirilib.

“Hazırda qaldırılmış cinayət işi ilə bağlı araşdırmalar davam edir”-deyə nazirlikdən qeyd edilib.

Xatırladaq ki, Vergilər Nazirliyinin İttifaqa qarşı qaldrıdığı cinayət işi barədə rəsmi məlumatında bilidirilib ki, yoxlama nəticəsində vergi orqanına bəyannamə təqdim etməməklə 12373,56 manat məbləğində verginin dövlət büdcəsinə ödənilmədiyi aşkarlanıb və CM-nin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq zamanı müəyyən edilib ki, 2009-cu ildə XI “Şərq-Qərb” Bakı Beynəlxalq kinofestivalının keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış 330000,00 manat vəsaitin 267130,00 manatı festivalın xərclərini ödəmək üçün nəğd qaydada şəxslərə verilib.

Bundan başqa istintaqın gedişində müəyyən olunub ki, nəqliyyat vasitələrinin ittifaqa icarəyə verilməsi barədə sənədlər tərtib olunmaqla 22000,00 manat məbləğində vəsait talanıb.

Faktla bağlı Kinematoqrafçılar İttifaqının rəhbərliyi tərəfindən festivalın keçirilməsi üzrə səlahiyyətli nümayəndə təyinolunmuş Lalə Əfəndiyevaya qarşı CM-nin 179.3.2-ci maddəsi ilə ittiham elan olunub.

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama