Modern.az

İpoteka ilə bağlı müraciətlərin qəbuluna başlanılır

İpoteka ilə bağlı müraciətlərin qəbuluna başlanılır

19 Yanvar 2023, 16:04

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2023-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

 

Bu barədə Modern.az-a Fondan məlumat verilib.

 

Bildirilib ki, ipoteka krediti ilə bağlı müraciətlərin qəbulu 24 yanvar 2023-cü il tarixində saat 11:00-da başlayacaq.

 

Məlumat üçün bildiririk ki, ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi