Modern.az

“Milli Şuranın təqdimatı təxirə salınmayacaq” – AÇIQLAMA

“Milli Şuranın təqdimatı təxirə salınmayacaq” – AÇIQLAMA

Təhsil

21 May 2013, 12:15


Kinorejissor Rüstəm İbrahimbəyovun ideya müəllifi olduğu Milli Şura ətrafında müzakirələr davam edir. Uzun müddətdir mətbuatın gündəmindən düşməyən Milli Şuranın təqdimat mərasiminin 28 May -Respublika günündə keçiriləcəyi bəyan edilsə də bunun baş tutmayacağı haqda xəbərlər yayılıb.

Müxalifət düşərgəsində heç də birmənalı qarşılanmayan Milli Şuranın planlaşdırılan təqdimat mərasimin təxirə salınacağı bildirilir.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev hazırda bu istiqamətdə işin aparıldığını çox güman ki, təqdimatın təxirə salınmayacağını deyib.

 “Milli Şuranın təqdimat mərasimi təxirə salınmayacaq. Bu barədə yayılan xəbərlər doğru deyil. Biz hazırda işlərimizi davam etdiririk. Mərasim çox güman ki, 28 May günündə keçiriləcək. Bu ideyaya kinayə ilə yanaşan bəzi partiyalar artıq Milli Şurada təmsil olunmaq üçün mövqe sərgiləyirlər. Hazırda proses sürətlə gedir. Yaxın zamanlarda mediaya açıqlanacaq.

Rüstəm İbrahimbəyov hesab edir ki, Milli Şura ideyası müsbət nəticə ilə yekunlaşacaq. Milli Şuraya alternativ yoxdur”.

Anar RÜSTƏMOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama