Modern.az

Krediti olanlara mühüm xəbər - VİDEO

Krediti olanlara mühüm xəbər - VİDEO

20 Yanvar 2023, 09:30

Kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir. Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, kreditlərin qaytarılmasında müəyyən problemlər yaşanır, ödəniş müddətində gecikmə qeydə alınır. Bu zaman isə kredit üzrə əlavə faizlərin, başqa sözlə, cərimənin ödənilməsi qaçılmaz olur. Ona görə də qanunvericiliyə dəyişiklik edilir. Dəyişikliyə əsasən, borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Başqa sözlə, bankın müştərini sıxışdırmasına imkan verilməyəcək.

 

Deputat deyib ki, dəyişiklik bu gün  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçirilən iclasında  müzakirə edilib: “Dəyişikliklər bu sahədəki  problemləri aradan qaldırmağa istiqamətlənib”.

 

Modern.az "Xezerxeber"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi