Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərin sərbəst keçidi davam edir.
Modern.az xəbər verir ki, hazırda aksiya yerindən Xankəndidən Laçın istiqamətinə 3 minik avtomobili və 7 yük maşını keçib.
Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.