Modern.az

Fikrət Məmmədov rəisi işdən çıxardı - Yeni təyinat

Fikrət Məmmədov rəisi işdən çıxardı - Yeni təyinat

Ölkə

20 Yanvar 2023, 13:12

Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifədən azad edilib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, 2 saylı Gəncə şəhər İstintaq Təcridxanasının rəisi, polkovnik-leytenant Asif Quliyev sərəncama götürülüb. Onun yerinə Qasım Əliyev təyin olunub. 

 

Məlumat üçün bildirək ki, A.Quliyev 2019-cu ilin sentyabrından Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifəsində işləyirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...