Modern.az

Nizami Cəfərov: “Ofisiant, mənə bir fincan qəhvə...” - “Bağışlayın, anlamadım?..”

Nizami Cəfərov: “Ofisiant, mənə bir fincan qəhvə...” - “Bağışlayın, anlamadım?..”

21 May 2013, 15:27


Dilin özü də ictimai hadisə olduğu kimi də bir təfəkkür prosesidir. Hər xalqın dili onun düşüncə mexanizmini , dünyaya baxış acısını təmin edir. Bir sözlə, dil cəmiyyətin dünyaya baxan pəncərəsidir.

Azərbaycan dilinə uzun illər boyu çox təcavüzlər olunub. Çünki dili öldürmək elə milləti öldürməyə bərabərdir. Dilimizə daxil olan yeni sözlər  çox az bir zamanda ümumişlək sözlərə çevrilib. Modern dünyanın ən çox işlətdiyi sözlərdən biri olan “kofe” sözü dilimizdə artıq qəbul olunub. Lakin qardaş Türkiyə, Orta Asiya türk dövlətləri, eləcə də ərəb ölkələri ilə yaxın əlaqələr nəticəsində “kofe”nin alternativi olan “qəhvə” sözü də hamı tərəfindən ümumişlək sözə çevrilib. Bu yaxınlarda kino mütəxəssisi, rejissor Ayaz Salayev “qəhvə” sözünün ümumiyyətlə dilimizdə artıq yer tutduğunu vurğulayıb. O, ancaq “kofe” sözünün işlənməsinin tərəfindədir.

“Qəhvə” sözünün müsəlman-türk ölkəsi olan Azərbaycanda işlənməsi normal bir hadisədir. Çünki ilk dəfə qəhvə Həbəşistanın cənub qərbində aşkar olunub. Sonralar Mərkəzi Ərəbistana gətirilib, Yəmənin cənub qərb hissəsində becərilir. Bu günə kimi də Yəmən dünyada ən böyük qəhvə istehsalçısıdır. Hazırda dünyada 50-dən çox ölkədə qəhvə bitkisi növləri becərilir.

Qəhvənin hazırlanmasının Həbəşistan üsulu ən qədim üsul sayılır. Dənəciklər qovurulduqdan sonra üyüdülür. Üyüdülmüş qəhvə tozu su və qəndlə birlikdə qaynadılır və Yabana adlanan maye hazırlanır. Onu kiçik piyalədə içirlər.

Dilimizdə hansı sözün qalıb-qalmamasına dilçi mütəxəssislər belə qərar verdilər.

Nizami Cəfərov (millət vəkili ): “Sözü heç vaxt sözlə dəyişdirmək olmur. Çünki hər söz özü-özlüyündə bir tarixdir. “Qəhvə” sözü bizim ədəbi dildə işlənib və indi də var. Onu artıq dəyişdirmək mümkün deyil. O cümlədən “kofe” sözü də ümumişləkdir. O sözlərin heç biri tarixi türk sözü deyil. Türklərdə nə “qəhvə”, nə də “kofe” sözü var. Fikrimcə, “qəhvə” yunan mənşəli sözdür. Kofe isə latın mənşəlidir. Bu iki dildən bizim dilə keçən sözlərdir. Biz də çox müdrik xalqıq. Dilimizə nə gəlibsə hamısını qəbul etmişik“.

Mətanət Abdullayeva  (filologiya elmlər namizədi): “Bu sözlərin hər ikisi alınmadır. Kofe – latın mənşəli, qəhvə isə ərəb mənşəlidir. Bunlardan hansının daha çox işlənməsinə xalqın özü qərar verir. Yəni hansı sözə üstünlük veriləcəksə, o söz də qalacaq. Hər bir sözün qalma hüququ işlənmə dərəcəsi ilə, işlənmə tezliyi ilə bağlıdır. Bu gün “kofe” sözü daha aktualdır. Amma hansı sözün dildən çıxmasına zaman özü qərar verəcək”.

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı