Modern.az

Cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı

Cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı

Təhsil

21 May 2013, 15:51

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarılıb. Artıq vakant vəzifəyə yeni təyinat da olub.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə mayoru Arif Mirzəyev tutduğu vəzifədən azad edilib.

Penitensiar Xidmətin rəisi Mədət Quliyevin digər əmri ilə həmin müəssisənin rəisi vəzifəsinə Elçin Əlicanov təyin edilib. Qeyd edək ki, Əlicanov bundan əvvəl 3 saylı ixtisaslaşdırılmış müalicə müəssisəsinin rəis müavini vəzifəsində işləyirdi.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama