Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Modern.az xəbər verir ki, son sutkada Azərbaycan neftinin 1 barelinin qiyməti 1,18 ABŞ dolları (1,33%) artaraq, 89,91 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti sonuncu dəfə 2008-ci ilin iyulunda maksimum qiymətə - 149,66 ABŞ dollarına satılıb.