Modern.az

Bəxtiyar Hacıyevin həbs müddəti UZADILDI

Bəxtiyar Hacıyevin həbs müddəti UZADILDI

Hadisə

21 Yanvar 2023, 17:36

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddəti daha 1 ay uzadılıb.
 

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layiç bildirib.

Xətai Rayon Məhkəməsində keçirilən iclasda çıxarılan qərara əsasən, B.Hacıyev barəsindəki həbs qətiimkan tədbiri 28 fevral 2023-cü il tarixinədək uzadılıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da saxlanılıb. Onun barəsində əvvəlcə Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri əsasında cinayət işi başlanıb. Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Daha sonra Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir