Modern.az

Narkotik istifadə edib taksi sürdü, 15 sutka verildi - FOTO

Narkotik istifadə edib taksi sürdü, 15 sutka verildi - FOTO

Hadisə

22 Yanvar 2023, 14:27

Ağstafa rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

 

Məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Şamil Musayev narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən Ş.Musayevin narkotik vasitədən istifadə etdiyi məlum olub.

 

Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir