Modern.az

Bakıda qadın ərini BALTALADI

Bakıda qadın ərini BALTALADI

23 Yanvar 2023, 12:56

Bakıda qadın ərini baltalayıb.

 

Modern.az xəbər verir ki, yanvarın 21-də saat 08 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsində 1995-ci il təvəllüdlü Lalə İmaşova həyat yoldaşı, 1987-ci il təvəllüdlü Ceyhun İmaşovu baltalayıb.

 

Baş nahiyəsindən ağır xəsarət alan kişi xəstəxanaya çatdırılıb. Ərinə ağır xəsarət yetirən L.İmaşova saxlanılıb.

 

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb, araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir