Modern.az

Qayıdışla bağlı təkliflər emal olunur - AÇIQLAMA

Qayıdışla bağlı təkliflər emal olunur - AÇIQLAMA

23 Yanvar 2023, 13:26

Qərbi Azərbaycan İcmasına “Qayıdış Konsepsiyası” ilə bağlı daxil olan təkliflər emal olunur.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının mətbuat xidmətinin rəhbəri Ülviyyə Zülfiqar deyib.

 

İcma rəsmisi bildirib ki, bir müddət əvvəl konsepsiya ilə bağlı təkliflərin verilməsi üçün xüsusi "mail" adresi yaradılmışdı:

 

"Həmin adresə yanvarın 21-nə qədər təkliflərin göndərilməsi elan edilmişdi. Çox sayda təklif qəbul olunub. İctimaiyyət nümayəndələrindən, alimlərdən, mütəxəssislərdən, hətta xarici ekspertlərdən də təkliflər daxil olub. Bunlar arasından yararlıları da var, sayları da çoxdur. Hazırda həmin təkliflərə baxılır. Bundan əlavə, həm də İcmada tez-tez dinləmələr keçirilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı