Modern.az

Ötən il 1 milyard manata yaxın borc alınıb - RƏSMİ

Ötən il 1 milyard manata yaxın borc alınıb - RƏSMİ

23 Yanvar 2023, 13:56

2022-ci ildə Azərbaycanda daxili və xarici borclanma 976,3 milyon manat təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bu rəqəm 2021-ci illə müqayisədə 75,1 % çoxdur.

 

Borclanma dövlət büdcəsinin kəsirinin bir hissəsini aradan qaldırmaq məqsədi daşıyıb. Ümumi məbləği 1 402,8 milyon manat olmuş kəsir həm də imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (259,7 milyon manat), dövlət əmlakının özəlləşdirməsindən (115,4 milyon manat) daxil olan vəsait, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı (51,4 milyon manat) hesabına maliyyələşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi