Modern.az

Vardanyan Putini işğalçı adlandırmaq İSTƏMƏDİ

Vardanyan Putini işğalçı adlandırmaq İSTƏMƏDİ

Qarabağ

23 Yanvar 2023, 16:12

Özünü Qarabağdakı erməni separatçıların "dövlət naziri" adlandıran milyarder Ruben Vardanyan BBC-nin "Hard Talk" verilişində aparıcı Stephen Sackurun suallarını cavablandırıb.

Modern.az-ın məlumatına görə, müsahibə zamanı Vardanyan dəfələrlə sərt suallar qarşısında çıxılmaz vəziyyətə düşərək, onlara cavab verə bilməyib.

Məsələn, o, Rusiyanın Ukraynada başlatdığı təcavüzkar müharibəyə münasibət bildirməkdən yayınmağa çalışsa da, aparıcının “Siz Putunin Ukraynanı işğal etməsini pisləyəcəksinizmi” sualı qarşısında “mən xalqımın müdafiəsi naminə bu suala cavab vermək istəmirəm, susuram”, deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi