Modern.az

Arvadını öldürən kişi hakim qarşısına çıxarılır

Arvadını öldürən kişi hakim qarşısına çıxarılır

Hadisə

23 Yanvar 2023, 17:14

Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini Vüsalə Hüseynovanın öldürülməsi ilə bağlı cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Şərur rayon prokurorluğu məlumat yayıb.

 

İstintaq zamanı Elnur Cəfərovun arvadı Vüsalə Hüseynovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Toplanmış sübutlar əsasında Elnur Cəfərova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)  maddəsilə ittiham elan edilib.

 

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir