Modern.az

Yoluxanlarla bağlı son rəqəmlər AÇIQLANDI 

Yoluxanlarla bağlı son rəqəmlər AÇIQLANDI 

Aktual

23 Yanvar 2023, 19:38

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19-dan vəfat edən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 827 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 316 nəfər müalicə olunaraq sağalıb, hazırda 295 aktiv xəstə var. Bu günə qədər 10 068 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 896, ümumilikdə isə 7 472 527 test icra olunub.

 

Son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə bu xəbərlə SİLKƏLƏNDİ - Dəhşətli zəlzələ xəbərdarlığı