Modern.az

Kuleba Ukraynanın “Leopard” alacağına şübhə etmir

Kuleba Ukraynanın “Leopard” alacağına şübhə etmir

23 Yanvar 2023, 22:28

Ukraynaya “Leopard” tanklarının tədarükü ilə bağlı danışıqlar yekun mərhələdədir.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

 

"Tank məsələsində son yarım addım atılmalıdır. Biz artıq mümkünsüz olduğu deyilən "Challenger"ləri almışıq. Biz artıq Fransa yüngül tanklarını alırıq. Eşidirik ki, Fransa "Leclerc" tankları ilə təmin etməyi düşünür. Mən şübhə etmirəm ki, "Leopard" bizə çatacaq, biz son mərhələdəyik”, - Kuleba Ukrayna telemarafonunun efirində deyib.

 

O xatırladıb ki, Ukraynanı istənilən növ silahla təmin etmək əvvəllər Almaniya üçün problemli idi.

 

"Amma sonda biz həmişə lazımi nəticəni almışıq və bu dəfə də alacağıq", - nazir bildirib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?