Bakıda stadionun qarşısında qəza olub, yolda sıxlıq yaranıb.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Heydər Əliyev prospekti, "ASK Arena"nın qarşısı mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu səbəbdən qeyd olunan istiqamətdə sıxlıq müşahidə olunur.