Modern.az

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası üzrə işlər yekunlaşır

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası üzrə işlər yekunlaşır

24 Yanvar 2023, 11:32

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası üzrə işlər yekunlaşmaq üzrədir. İdarə Heyəti ilə yanaşı, digər orqanlar sənədin hazırlığında fəal iştirak edirlər.

 

Modern.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli məlumat verib.

 

O bildirib ki, prosesdə geniş ictimaiyyətdən, xüsusilə beynəlxalq ümumi hüquq, humanitar hüquq, insan hüquqları, postmünaqişə dövründə reabilitasiya və reinteqrasiya, qaçqınların hüquqları kimi mövzularda ixtisaslaşmış mütəxəssislərdən xeyli sayda dəyərli təkliflər daxil olub. Daxil olmuş təkliflər təhlil edilib, əsas mövzular üzrə sistemləşdirilib və sənədin layihəsi hazırlanıb.

 

“Sənəd layihəsi repatriasiya sahəsində beynəlxalq aləmdə qəbul olunan mütərəqqi yanaşma və prinsiplərə əsaslanır və qayıdış prosesinin hüquqi, praktiki, təhlükəsizlik, sosial-iqtisadi və digər aspektlərinə dair İcmanın konseptual mövqeyini əks etdirir.

 

Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanmaqla, ədalətin və sülhün bərqərar olunmasına xidmət edəcək. İcmanın əsas orqanlarında müzakirələr başa çatdıqdan sonra, İdarə Heyəti sənəd layihəsini tamamlayaraq, prosedura uyğun olaraq, rəsmi təsdiq üçün Müşahidə Şurasına təqdim edəcək”, - deyə Əziz Ələkbərli vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi