Modern.az

Ceyhun Bayramov Daşkənddə Zəngəzur dəhlizindən DANIŞDI

Ceyhun Bayramov Daşkənddə Zəngəzur dəhlizindən DANIŞDI

24 Yanvar 2023, 12:44

Zəngəzur dəhlizi bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacaq.

 

Modern.az xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında çıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov bildirib.

 

Nazir, həmçinin Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması istiqamətində görülən tədbirlərin vacibliyini vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi