Modern.az

Şuşa İƏT turizm paytaxtına namizəd olacaq

Şuşa İƏT turizm paytaxtına namizəd olacaq

Ölkə

24 Yanvar 2023, 12:56

Azərbaycanın İƏT-ə sədrliyi çərçivəsində Şuşanın 2026-cı ildə İƏT turizm paytaxtına namizədliyi irəli sürüləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında çıxışı zamanı bildirib.

 

XİN başçısı qeyd edib ki, eyni zamanda, sədrlik çərçivəsində Bakıda İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin yaradılması, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...