Mərkəzi Bank (AMB) Dövlət Neft Fondunun (SOFAZ) iştirakı ilə növbəti valyuta hərracı keçirib.
Modern.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda banklar tərəfindən sifariş təqdim edilməyib.
Xatırladaq ki, əvvəlki hərrac zamanı (19 yanvar 2023-cü il) tələbat 1,5 milyon dollar təşkil edib və tam qarşılanıb.
Hərracın nəticələrinə əsasən, orta çəkili məzənnə 1,7 AZN/1 USD manat təşkil edib.
Qeyd edək ki, AMB valyutanın rəqabət şəraitində birtərəfli satışı yolu ilə valyuta hərraclarının keçirilməsinə 2017-ci il yanvarın ortalarından başlayıb. Hərraclar valyutanın rəqabət şəraitində birtərəfli satışı formasında keçirilir.