Modern.az

Bəxtiyar Hacıyev azadlığa BURAXILMADI

Bəxtiyar Hacıyev azadlığa BURAXILMADI

Ölkə

24 Yanvar 2023, 15:50

İctimai fəal Bəxtiyar Hacıyevin girov müqabilində azadlığa buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb.

 

Modern.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda şikayət əsassız hesab olunub.

 

Məhkəmə Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

 

Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ittiham irəli sürülüb.

 

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...