Modern.az

Ceyhun Bayramov iki həmkarı ilə GÖRÜŞDÜ 

Ceyhun Bayramov iki həmkarı ilə GÖRÜŞDÜ 

24 Yanvar 2023, 18:49

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Bilaval Bhutto Zərdari və tacikistanlı həmkarı Sirociddin Muhriddinlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı "Twitter" hesabında bildirib.

 

Görüş Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində baş tutub.

 

"Azərbaycan və Tacikistan arasında mövcud ikitərəfli münasibətlərin və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məhsuldar söhbətimiz oldu", - deyə Ceyhun Bayramov bildirib.

 

O, həmçinin Bilaval Bhutto Zərdari ilə isə strateji münasibətlərin dərinləşməsini müzakirə etdiyini söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir