Modern.az

Niderland Kiyevə tank göndərilməsinə \"yaşıl işıq\" yandırdı 

Niderland Kiyevə tank göndərilməsinə \

25 Yanvar 2023, 00:23

Niderland Almaniyadan icarəyə götürdüyü 18 ədəd "Leopard 2" tanklarını Ukraynaya göndərə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Niderlandın baş naziri Mark Rutte "Allgemeine Zeitung"a müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, Niderland digər ölkələrlə birlikdə hərbi yardım paketi çərçivəsində buna hazırdır.

 

"Biz onları icarəyə götürmüşük, yəni onları ala və bağışlaya bilərik", - baş nazir deyib.

 

Onun sözlərinə görə, Niderland Ukraynanın xahişinə böyük hörmətlə yanaşır. Baş nazir tədarüklə bağlı qərarın hələ verilmədiyini vurğulayıb.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?