Modern.az

Bu gün hava necə olacaq? - PROQNOZ

Bu gün hava necə olacaq? - PROQNOZ

25 Yanvar 2023, 08:00

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

 

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir