Modern.az

Ukrayna FIFA və UEFA-dan kənarlaşdırıla bilər

Ukrayna FIFA və UEFA-dan kənarlaşdırıla bilər

25 Yanvar 2023, 09:20

Ukrayna Futbol Assosiasiyası (UAF) FIFA və UEFA-dan kənarlaşdırıla bilər.

 

Modern.az xəbər verir ki, hər iki təşkilat bu barədə Ukraynaya rəsmi xəbərdarlıq edib.

 

FIFA və UEFA-nın göndərdiyi məktubda bildirilib ki, UAF İcraiyyə Komitəsinin üzvlərinə növbədənkənar iclasın keçirilməsi tələblərini imzalamaq üçün təzyiq göstərilir. Qurumlar UAF-ın üçüncü şəxslərin təsiri altında olmasından razı deyil.

 

Qeyd edək ki, milli futbol assosiasiyalarının beynəlxalq qurumlara üzvlüyü müstəsna olaraq FİFA və UEFA-nın nizamnaməsinə ciddi əməl olunması və müvafiq olaraq milli futbol strukturlarının fəaliyyətinin müstəqilliyi ilə təmin edilir. Bu qaydanın pozulması FIFA Nizamnaməsinin 16-cı və UEFA Nizamnaməsinin 9-cu maddəsinə uyğun olaraq UAF-nin FİFA və UEFA-ya üzvlüyünün dayandırılmasına səbəb ola bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək