Çinin yük gəmisi Yaponiya sahillərində batıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, hadisə zamanı azı 18 ekipaj üzvü itkin düşüb.
Onların xilasedici qayıqlarla uzaqlaşdığı ehtimal olunur. Hələlik yalnız 4 ekipaj üzvü xilas edilib.
Ümumilikdə, ilkin məlumatlara görə, gəmidə Çin və Myanma vətəndaşları da daxil olmaqla, 22 nəfər olub. Hazırda detallar araşdırılır.